“Keşlə”nin sabiq futbolçusu Ukrayna klubuna keçib

“Keşlə”nin sabiq futbolçusu Ukrayna klubuna keçib
# 09 sentyabr 2019 11:19 (UTC +04:00)

Bakının “Keşlə” klubunun sabiq futbolçusu Valeri Kutsenko özünə yeni komanda tapıb.

APA-nın məlumatına görə, ötən mövsüm başa çatdıqdan sonra paytaxt təmsilçisini tərk edən 32 yaşlı ukraynalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

V.Kutsenko I dəstədə çıxış edən “Avanqard”a keçib. Kramatorsk təmsilçisi ilə futbolçu arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçi “Keşlə”yə qədər vətənində “Dnepr”, “Nikolayev”, “Obolon”, “Vorskla”, “Krivbass” və “Çernomorets”də də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR