"Azəryol" CEV kubokunun “Çelenc raund” mərhələsinin yarımfinalına adlayıb

"Azəryol" CEV kubokunun “Çelenc raund” mərhələsinin yarımfinalına adlayıb
# 24 fevral 2016 03:54 (UTC +04:00)

Bakı-APA. Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Bakının “Azəryol” klubu “Novara”nın qonağı olub.

Gərgin keçən qarşılaşmada sevinən tərəf təmsilçimiz olub.

İlk matçda 3:1 hesablı qələbə qazanmış voleybolçularımıza ikinci qarşılaşmda 2 set qazanmaq kifayət edirdi.

Oyun isə gözləildiyi kimi çox gərgin məcrada keçib. İlk seti məğlub olan "yolçəkənlər" ikinci setdə çətinliklə də olsa, qalib gələ biliblər. Ziya Rəcəbovun yetirmələri 3-cü seti də uduzduqdan sonra, 4 - cü hissədə çox da güc sərf etməyərək qarşılaşmanın taleyini "Qızıl set"ə daşıyıblar.

Həlledici setdə isə 15:13 hesabı ilə qələbə qazanan "Azəryol" yarımfinala adlamağı bacarıb.

23 fevral

CEV kuboku

Çelenc raund, cavab oyunu

“Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) - 3:2 (25:23, 26:28, 25:23, 25:18, 13:15)

Hakimlər: Kirill Nesterenko (Rusiya), Boris Skudnik (Sloveniya)

Novara, “Sportinq” Sarayı

İlk oyun: “Azəryol” (Azərbaycan) – “Novara” (İtaliya) - 3:1 (25:19; 25:17; 23:25; 25:17)

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR