Liqa1 “Monako”nun darmadağını ilə başlayıb

Liqa1 “Monako”nun darmadağını ilə başlayıb
# 10 avqust 2019 00:54 (UTC +04:00)

Fransa Liqa1-də 2019/20 mövsümü başlayıb.

APA-nın məlumatına görə, I turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında “Monako” “Lion”u qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0.

Qeyd edək ki, tura avqustun 11-də yekun vurulacaq.

Fransa Liqa1

I tur

9 avqust

“Monako” - “Lion” – 0:3

Dembele, 5, Depay, 36, Tusart, 80

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR