“Liverpul” qapıçısını 9 milyon avroya satıb

“Liverpul” qapıçısını 9 milyon avroya satıb
# 05 avqust 2019 10:53 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Simon Minyole karyerasını Belçikada davam etdirəcək.

APA-nın məlumatına görə, Premyer Liqa klubu qapıçısını “Brügge”yə satıb.

Belçikalı qolkiperin transferi 9 milyon avroya başa gəlib. “Liverpul”da əsas heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı əlcək sahibi 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, S.Minyole 2013-cü ildən “Liverpul”da çıxış edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR