“Liverpul”un yetirməsi qeyri-adi pokerə imza atıb

“Liverpul”un yetirməsi qeyri-adi pokerə imza atıb
# 29 yanvar 2022 22:13 (UTC +04:00)

İngiltərə çempionatında qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, “Oksford”un futbolçusu Kemeron Brennaqan bir oyunda penaltilərlə pokerə imza atıb.

O, Liqa1-in XXX turunda fərqlənib. Kemeron “Gillinqem”lə qarşılaşmada 4 penaltini qola çevirib.

O, 12-ci, 48-ci, 55-ci və 83-cü dəqiqələrdə rəqibi məyus edib. Bu görüşdə “Oksford” 7:2 hesabı ilə qalib gəlib. “Liverpul”un yetirməsi olan yarımmüdafiəçi cari mövsümün əvvəlki 24 matçında da 4 qol vurub.

Qeyd edək ki, 28 oyunda 49 xal toplayan “Oksford” turnir cədvəlində 6-cıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR