Mahir Emreli: Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm

Mahir Emreli: Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm
# 16 iyun 2023 11:33 (UTC +04:00)

“Bu mövsüm mənim üçün bir az ağır keçdi. İkinci yarıda özümü toparlaya bildim”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “İstər-istəməz son oyunda qazanılan nəticə də bizə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR