“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2000-ci qolu vurub

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2000-ci qolu vurub
# 28 oktyabr 2019 11:24 (UTC +04:00)

“Mançester Yunayted” klubu İngiltərə Premyer Liqası tarixində 2000 qol vuran ilk komanda olub.

APA-nın məlumatına görə, yubiley qolu X turun “Norviç”lə səfər matçına təsadüf edib.

3:1 hesabı ilə qalib gələn qonaqların ilk topu klub üçün əlamətdar olub. Bu qola Skott Maktominay imza atıb.

Qeyd edək ki, “Mançester Yunayted”in ilk qoluna 1992-ci ilin avqustunda Mark Hyuz, 1000-ci qoluna 2005-ci ilin oktyabrında Kriştianu Ronaldo imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR