Rusiya ilə ticarət dövriyyəsinə görə Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə qərarlaşıb

Rusiya ilə ticarət dövriyyəsinə görə Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə qərarlaşıb
# 08 avqust 2016 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyanın ixrac və idxal əməliyyatlarında Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə yer alıb.

Bu barədə “APA-Economics” Rusiyanın Federal Gömrük Xidmətinin gömrük statistika istinadən məlumat verir.

Məlumata əsasən, bu ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 526 mlrd. ABŞ dolları həcmində məhsul ixrac edilib. Bu, 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,22 dəfə azdır. Ötən ilin 6 ayında bu rəqəm 1 169,2 mlrd. dollar təşkil edib.

Statistikaya nəzər salanda məlum olur ki, Rusiyanın ixracda əsas tərəfdaşı Belarusdur. Bu ilin 6 ayında Rusiyadan Belarusa 7 007,8 mlrd. dollar həcmində məhsul edilib. Sonrakı yerləri Qazaxıstan, Ukrayna və Özbəkistan tutur. Bu siyahıda sonuncu yer Tacikistana məxsusdur.

İdxal siyahısında da ilk yer Belarusa məxsusdur. Sonrakı yerlər də eynidir: Qazaxıstan, Ukrayna, Özbəkistan. İxracda olduğu kimi idxalda da sonuncu yeri Tacikistan tutur.

Bu ilin yanvar-iyun aylarında Rusiya Azərbaycandan 211,7 mlrd. dollar həcmində mal idxal edib. Bu, 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 11,05% azdır. Ötən ilin müvafiq dövründə bu rəqəm 238 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Rusiyanın ümumi ticarət dövriyyəsi 210,4 mlrd. ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% azdır.

Bu ilin 6 ayında Rusiyanın ümumi ixracı 130,4 mlrd. dollar olub ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 28,7% azalma deməkdir. Bu müddət ərzində ölkənin idxalı isə 79,9 mlrd. dollar olub ki, bu da analoji dövrlə müqayisədə 8,9% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR