Marselo 3 oyunluq diskvalifikasiya olunub

Marselo 3 oyunluq diskvalifikasiya olunub
# 22 yanvar 2022 17:47 (UTC +04:00)

“Real”ın kapitanı Marselo 3 oyunluq diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, buna səbəb braziliyalı müdafiəçinin İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Elçe” ilə (2:1) görüşdəki davranışı olub.

Matçın 102-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “sambaçı” meydanı tərk edərkən baş hakimə “çox pissən” deyib. Bu isə onun sərt cəzalandırılması ilə nəticələnib. İntizam Komitəsi Marseloya qırmızı vərəqəyə görə 1, hakimə sərt etiraz üçün isə 2 oyunluq cəza kəsib.

Madridlilərin şikayəti təmin olunmasa, ulduz futbolçu İspaniya Kral Kubokunun qarşıdakı 3 matçını buraxmalı olacaq. Bu da o deməkdir ki, Marselo cari mövsüm ölkə kubokunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Real” 1/4 final mərhələsində “Atletik”lə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR