İrəvanda polis binasını zəbt edən silahlı qrup hökumətə təslim olub - YENİLƏNİB

İrəvanda polis binasını zəbt edən silahlı qrup hökumətə təslim olub - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2016 19:50 (UTC +04:00)

Bakı-APA. Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

APA-nın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, məlumatda deyilir.

***

21:08

Bakı-APA. Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.


“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, deyə V.Avetisyan bildirib.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR