Məhkəmə almaniyalı futbolçunun keçmiş sevgilisini döydüyünü təsdiqləyib

Məhkəmə almaniyalı futbolçunun keçmiş sevgilisini döydüyünü təsdiqləyib
# 10 sentyabr 2021 10:58 (UTC +04:00)


“Lion”un yeni transferi Jerom Boatenq məhkəmə qarşısına çıxıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi keçmiş sevgilisi Şerin Senleri döyməkdə ittiham olunub.

Münhendə baş tutan məhkəmədə Almaniya yığmasının üzvünün 2018-ci ildə Senleri döydüyü, bədəninə müxtəlif formalarda xəsarət yetirdiyi təsdiqlənib. Qərara görə, Boatenq qəsdən yaralama və təhqiramiz ifadələrə görə, 1,8 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, Jerom Boatenqin daha əvvəlki sevgilisi Kasia Lenhardt isə bu ilin fevralında evində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR