Misli Premyer Liqası: "Neftçi" evində "Sabah"a məğlub olub

Misli Premyer Liqası: "Neftçi" evində "Sabah"a məğlub olub
# 30 oktyabr 2023 09:45 (UTC +04:00)

Premyer Liqada XI turun 2-ci oyun günündə "Neftçi" ilə "Sabah" qarşılaşıb.

Apasport.az xəbər verir ki, paytaxt derbisində qonaq komanda qələbə qazanıb.

Birinci dövrədə komandalar arasında keçirilən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Bu dəfə oyunun taleyini bir qol həll edib. "Sabah" 90+5-ci dəqiqədə meydan sahiblərini şoka salacaq qolu vurub. "Neftçi" doğma azarkeşlər qarşısında vacib 3 xal itirərək, lliderlərə yaxınlaşmaq şansını qaçırıb. Murad Musayevin yetirmələri bir həftədə iki qələbə qazanaraq, turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırıb.

Günün ilk matçında isə Sumqayıtın eyniadlı komandası "Kəpəz"i qonaq edib. Bu görüşdə hesab açılmayıb: 0-0

Turun son matçında “Araz-Naxçıvan” və “Qarabağ” qarşılaşacaq. Son çempion Tofiq Bəhramov adına Respublika stadionuna qələbə üçün çıxacaq. Qurban Qurbanovun yetirmələri qalib gəlsə, liderliyə yüksələcək.

29 oktyabr (bazar)
18:30. "Neftçi” – “Sabah” - 0:1
Qol:
Boyan Letiç, 90+5
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena” stadionu

Misli Premyer Liqası
29 oktyabr
16:00. “Sumqayıt” – “Qəbələ” - 0:0
"Sumqayıt":
1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt. “Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 10 6 2 2 20-8 20
3 Səbail 11 5 3 3 19-17 18
4 Araz-Naxçıvan 10 5 2 3 13-10 17
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 2 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 7 qol,, Aleksandr Ramalinqom ("Səbail") - 5 qol, Pedro Nuno ("Səbail") - 4 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR