"Neftçi" və "Arsenal" klublarının start heyəti açıqlanıb

"Neftçi" və "Arsenal" klublarının start heyəti açıqlanıb
# 01 avqust 2019 19:44 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) - “Arsenal” (Tula, Rusiya) matçının heyətləri açıqlanıb.

APA-nın məlumatına görə, bu gün Bakının “Bakcell Arena” stadionunda baş tutacaq görüşdən az əvvəl hər iki komanda oyunun protokolunu doldurub.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Neftçi” – “Arsenal” (Rusiya)
Baş hakim:
Alan Mario Sant (Malta)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 88. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Acoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandru Tudorie, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR