“Neftçi”nin “Bney Yehuda” ilə oyunlarının vaxtı dəqiqləşib 

“Neftçi”nin “Bney Yehuda” ilə oyunlarının vaxtı dəqiqləşib 
# 02 avqust 2019 00:50 (UTC +04:00)

Bakının “Neftçi” klubunun Avropa Liqasının III təsnifat mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubu İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək.

İlk oyun avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR