“Neftçi”nin oyunu yarımçıq dayandırılıb

“Neftçi”nin oyunu yarımçıq dayandırılıb
# 26 iyun 2019 20:39 (UTC +04:00)

Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq qalıb.

APA-nın məlumatına görə, “ağ-qaralar” Rumıniyanın “Politexnika” (İaşi) klubu ilə üz-üzə gəlib.

Lakin oyun cəmi 11 dəqiqə sürüb. Görüşün keçirildiyi “Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanındakı qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Buna güclü duman səbəb olub.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda Rusiya təmsilçisi “OİK-Xabarovsk”a 3:1 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR