“Nyukasl” heyətinə yeni futbolçu qatıb

“Nyukasl” heyətinə yeni futbolçu qatıb
# 13 iyun 2023 10:20 (UTC +04:00)

“Nyukasl” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi “Odense”nin vingeri Yankuba Minteni transfer edib. 18 yaşlı futbolçu üçün 7 milyon avro ödənilib.

Minte iyulun 1-dən “Nyukasl”ın oyunçusu sayılacaq. O, növbəti mövsümdə icarə əsasında “Feyenoord”da çıxış edəcək.

Qeyd edək ki, Minte Danimarka çempionatında keçirdiyi 17 matçda 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR