Pavel Hapal: “Azərbaycanla oyunla bağlı dəqiq planımız var”

Pavel Hapal: “Azərbaycanla oyunla bağlı dəqiq planımız var”
# 08 iyun 2019 11:04 (UTC +04:00)

“İordaniya ilə yoxlama oyununda gənc futbolçuları sınamaq istəyirdim. Qarşıda isə Azərbaycanla seçmə mərhələnin matçı var”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi dünən İordaniya ilə yoxlama görüşü keçirib. 5:1 hesabı ilə qalib gələn slovakiyalıların baş məşqçisi əsas diqqətlərinin iyunun 11-də Bakıda baş tutacaq matça yönəldiyini qeyd edib: “Azərbaycanla oyunla bağlı dəqiq planımız var. Biz də buna uyğun şəkildə davam edirik. Bütün diqqətlərimiz çərşənbə axşamı keçiriləcək görüşədir. Bu, həm heyətlə bağlı, həm də oyun planında belədir”.

Qeyd edək ki, iyunun 11-də keçiriləcək Azərbaycan – Slovakiya matçı “Bakcell Arena”da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR