Qadın mütəxəssis kişilərdən ibarət komandanın baş məşqçisi kimi debüt edib

İngiltərəli Helen Nkvoça

© APA | İngiltərəli Helen Nkvoça

# 28 sentyabr 2021 13:51 (UTC +04:00)


İngiltərəli Helen Nkvoça futbol tarixinə düşüb.

Apasport.az saytının məlumatlına gprə, böyük britaniyalı mütəxəssis Avropa ölkələrinin yüksək liqasında kişi komandaya rəhbərlik edən ilk qadın baş məşqçi kimi debüt edib.

“Tveroyri”nin çalışdırıcısının debütü Farer adalarının Premyer Liqasında “Torshavn”la qarşılaşmaya təsadüf edib. Helenin yetirmələri onun “siftə”sini korlayıb. “Tveroyri” bu matçda 1:6 hesabı ilə darmadağın olub.

Qeyd edək ki, 22 turdan sonra Nkvoçanın yetirmələri 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR