"Qarabağ" Kiprdə Azərbaycanın 100-cü avrokubok qələbəsini qazanıb - YENİLƏNİB-5

# 06 avqust 2019 22:54 (UTC +04:00)

Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Kiprin APOEL klubu ilə qarşılaşıb.

Səfərdə oynayan Ağdam klubu Nikosiyadakı GSP stadionuna qələbə iddiası ilə çıxıb. Oyunun bərabər mübarizə şəraitində keçən ilk yarısında qol vurulmayıb.

Fasilədən sonra daha yaxşı təsir bağışlayan Qurban Qurbanovun yetirmələri qələbə qazandıran qollara imza atıblar. Öncə Mahir Emreli, ardınca Queye Maqaye meydan sahiblərinin qapısına yol tapıblar. Kiprlilər isə yalnız təsəlli qolu vurmağa nail olublar.

Bu, Ağdam klubunun cari mövsümdə ilk səfər qələbəsi olub. Əvvəlki mərhələlərdə rəqib meydanında heç-heçə, evdə qələbə prinsipi ilə irəliləyən “Qarabağ” bu dəfə ilk qarşılaşmada cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib. Çünki APOEL Bakıda ən azı iki qol vurmalıdır ki, bu da o qədər inandırıcı deyil.

Bunadək Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandalk”ını (1:1, 3:0) mübarizədən kənarlaşdıran çempionumuz məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Kiprdə əldə olunan qələbə həm də tarixi əhəmiyyət kəsb edib. Bu, Azərbaycan klublarının avrokuboklar tarixində qazandığı yubiley - 100-cü qələbə olub.

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək. Bu cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya), məğlubu isə Avropa Liqasının pley-offunda “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
Çempionlar yolu
6 avqust
21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:2
QOLLAR:
Merkis, 90+5 - Emreli, 54, Maqaye, 69
Baş hakim: Davide Massa (İtaliya)
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (K), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lafrans, 71. Andre Cuna Vidiqal, 89. Roman Bezyak, 95. Alef dos Santos Saldanya
Baş məşqçi: Paolo Trametsani
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Nikosiya. GSP stadionu

***

Saat. 22:53

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 90+5-ci dəqiqəsində rəqib fərqi azaldıb. Giorqos Merkis Ağdam klubunun qapısına yol tapıb - 1:2.

***

Saat. 22:29

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 69-cu dəqiqəsində Ağdam klubu hesabı artırıb. Meydana yeni çıxan Queye Maqayenin topa ilk toxunuşu qolla nəticələnib - 2:0.

***

Saat. 22:12

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın 54-cü dəqiqəsində Ağdam klubu hesabı açıb. Mahir Emrelinin zərbəsi dəqiq alınıb - 1:0.

***

Saat. 22:03

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra qapılara qol vurulmayıb.

***

Saat. 21:46

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda birinci hissə yekunlaşıb.

APA-nın məlumatına görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb - 0:0

***

Saat. 21:00

Ağdamın “Qarabağ” klubu avrokuboklarda növbəti matçını keçirir.

APA-nın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Azərbaycan çempionu Kiprin APOEL komandası ilə üz-üzə gəlir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk matçı səfərdə keçirir.

I təsnifat mərhələsində Albaniya “Partizani”si (0:0, 2:0), ardınca İrlandiya “Dandolk”unu (1:1, 3:0) Avropa Liqasına göndərən “Qarabağ” əvvəlki iki görüşdə olduğu kimi yenə səfərdən qənaətbəxş nəticə ilə dönməyə çalışır. Cari mövsüm uduzmayan ağdamlılar səfərdən istədiyi nəticə ilə dönsə, bir həftə sonrakı cavab matçında pley-offa vəsiqənin taleyini evdə həll edə bilər.

Qeyd edək ki, cavab oyunu avqustun 13-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
Çempionlar yolu
6 avqust
21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Davide Massa (İtaliya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR