“Qarabağ” Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq
# 14 dekabr 2023 15:16 (UTC +04:00)

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qrupda son sınağına çıxacaq.

Qurban Qurbanovun yetirmələri İsveçin “Hakken” klubunu qəbul edəcək. Ağdam klubunun avrokuboklardakı taleyi bu matçda həll olunacaq.

“Qarabağ” qrupun autsayderinə qalib gəlsə, Avropa Liqasının pley-offuna yüksələcək. Xal itkisi qeydə alınsa, digər matçın – “Bayer” – “Molde” görüşünün nəticəsi önəm daşıyacaq. Təmsilçimiz qrup ikinciliyini əldən versə, Konfrans Liqasının pley-offuna yuvarlanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:45-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
14 dekabr
21:45. “Qarabağ” – “Hakken”
Baş hakim:
Juxhin Xhaja
Baş hakimin köməkçiləri: Dojando Myftari, Rejdi Avdo
Dördüncü hakim: Olsion Yzeiraj
VAR: Luca Pairetto (İtaliya)
AVAR: Valerio Marini (İtaliya)
Hakim inspektor: Alan Mario Sant (Malta)
Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR