“Qarabağ”ın 3 futbolçusu Konfrans Liqasının ən yaxşıları sırasında yer alıb

“Qarabağ”ın 3 futbolçusu Konfrans Liqasının ən yaxşıları sırasında yer alıb
# 22 sentyabr 2021 16:44 (UTC +04:00)


UEFA Konfrans Liqasının I turunun yekunlarına həsr olunan hesabat hazırlayıb.

Apasport.az saytının məlumatına görə, qurum turun liderlərini müəyyənləşdirib.

Ən yaxşılar kimi “Qarabağ”ın futbolçuları da yer alıb. Təmsilçimizin üç üzvü UEFA-nın diqqətindən kənarda qalmayıb.

Komandanın “Bazel” kimi güclü rəqiblə oyunda üstün olmasının vurğulandığı yazıda iki futbolçumuzun cinah ötürmələrindəki dəqiqliyi qeyd olunub. Abbas Hüseynovla Kadi Borqes hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib. Lakin onların cinahdan göndərdiyi topu qapıya ünvanlayan tapılmayıb. Hər iki futbolçu Konfrans Liqasının ən yaxşı beş oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR