"Qarabağ"ın prezidenti: Məğlub olsaydıq da üzülməyəcəkdim

"Qarabağ"ın prezidenti: Məğlub olsaydıq da üzülməyəcəkdim
# 21 dekabr 2023 16:37 (UTC +04:00)

"Bu gün Xankəndidə hər iki komanda layiqli oyun nümayiş etdirdi. Rəqib əla oynadı. Onlarda əsgərlərin ruhu var idi. Məğlub olsaydıq belə üzülməyəcəkdim”.

APA xəbər verir ki, bu sözləri bu gün keçirilən "Qarabağ" - MOİK oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkə Prezidentinin oyunu izləməsi, futbol ictimaiyyətinin Xankəndidə olması tarixi andır: "Cənab Prezident də çıxışında bildirdi ki, artıq Ağdamda "İmarət" stadionunun inşasına başlanılacaq. Biz də inşa olunacaq bu yeni stadionda ən baxımlı, ən maraqlı oyunlarımızı keçirəcəyik".

Tahir Gözəl həmçinin, Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri barədə də danışıb: "Braqa" ilə oyun bizim üçün ağır keçəcək. Onu da deyim ki, bu klubu qarşımıza çıxmasını istədiyimiz 3 komandadan biri idi. Portuqaliya futbolunun öz adət-ənənəsi var, amma inanıram ki, komandamız səfərdə və evdə mükəmməl oyun sərgiləyib, növbəti mərhələyə çıxacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR