“Qarabağ”ın Avropa Liqasındakı rəqibi səfərdə 7 cavabsız qol vurub

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi səfərdə 7 cavabsız qol vurub
# 29 sentyabr 2019 22:21 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Düdelanj” Lüksemburq çempionatında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, son çempion uğursuz başladığı mövsümün VII turunda “Viktoriya”nın qonağı olub.

“Düdelanj” səfər matçında rəqibini 7 cavabsız qolla darmadağın edib. İlk yarıda beş dəfə fərqlənən qonaqlar fasilədən sonra daha iki qola imza atıblar.

“Qarabağ”ın rəqibinin heyətində üç futbolçu dubl edib. 7 turdan sonra xal hesabını 7-yə çatdıran “Düdelanj” 8-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu oktyabrın 3-də keçiriləcək.

Lüksemburq çempionatı
VII tur
29 sentyabr
“Viktoriya” – “Düdelanj” – 0:7

Stolz, 2, 42, Sinani, 15, 20, Muratoviç, 39, 90, Pokar, 88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR