"Qəbələ" Küveyt klubu ilə qarşılaşacaq

"Qəbələ" Küveyt klubu ilə qarşılaşacaq
# 04 avqust 2019 22:02 (UTC +04:00)

“Qəbələ” Topaz Premyer Liqasının 2019/20 mövsümünün hazırlığını davam etdirir.

APA-nın məlumatına görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Tbilisi, Gürcüstan) ilə oyunlarından sonra məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar” Bakıda toplaşıblar.

İki gündür paytaxtda məşq edən futbolçular əsasən toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesində zədəli futbolçular İvitsa Juniç, Yusif Nəbiyev və Kristian Kouakou iştirak etməyib. Davit Volkov fərdi hazırlıq keçib.

Komanda sabah yoxlama oyunu keçirəcək. Sənan Qurbanov yetirmələrini Küveytin “Əl Salmiyə” klubu ilə yoxlama matçında sınayacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR