Masallının baş planı Nazirlər Kabinetinə təqdim olunub

Masallının baş planı Nazirlər Kabinetinə təqdim olunub
# 11 aprel 2017 14:27 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Masallı şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılıb.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 07 aprel 2017-ci il tarixində Masallı şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

 

Tədbirdə komitənin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Masallı rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Masallı şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

 

Tədbirin sonunda Masallı şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR