Azərbaycanla Tacikistan arasında əmək və əhalinin məşğulluğuna dair əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycanla Tacikistan arasında əmək və əhalinin məşğulluğuna dair əməkdaşlıq sazişi təsdiqlənib
# 07 sentyabr 2016 16:03 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanla bu il iyunun 20-də Düşənbə şəhərində imzalanmış saziş təsdiqlənib. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR