Türkiyə Superkuboku: “Qalatasaray”-“Fənərbaxça” oyunu İstiqlal marşı ilə başlayacaq

Türkiyə Superkuboku: “Qalatasaray”-“Fənərbaxça” oyunu İstiqlal marşı ilə başlayacaq
# 29 dekabr 2023 16:58 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” futbol klubları arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək Superkubok matçından əvvəl böhran yaşandığına dair məlumatlar yayılıb.

APA Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Superkubok matçında Atatürk posterinin, Atatürkün fotosunun olduğu köynəklərin və İstiqlal marşının səsləndirilməsinə icazə verilməyəcəyi barədə iddialar var.

Qadağaların isə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən irəli sürüldüyü deyilir.

Hər iki klub qadağaların götürülməsini tələb edib.

İstiqlal marşı səslənməyəcəyi halda “Qalatasaray” oyuna çıxmamaq barədə qərar qəbul edib.

Türkiyə Futbol Federasiyası isə açıqlama yayaraq İstiqlal marşının səslənəcəyini bəyan edib. TFF insanları bu mövzuda yayılan dezinformasiyalara inanmamağa çağırıb.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR