Ukraynalı Azərbaycan çempionu “Kəpəz”dəki maaşını açıqlayıb

Ukraynalı Azərbaycan çempionu “Kəpəz”dəki maaşını açıqlayıb
# 27 sentyabr 2019 13:39 (UTC +04:00)

“Azərbaycan çempionatında final mərhələsində oynamışam. Burada 5 komanda iki dövrədə güclüləri müəyyənləşdirirdi”.

APA-nın məlumatına görə, bunu SSRİ yığmasının sabiq futbolçusu Andrey Sidelnikov deyib.

“Dnepr” və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınan ukraynalı futbol veteranı vətənində verdiyi müsahibədə karyerası barədə danışıb. 32 yaşında Azərbaycana gəlib “Kəpəz”lə çempionluq sevinci yaşayan A.Sidelnikov həmin dövrdə final mərhələsində 5 deyil, 6 komandanın mübarizə apardığını unutsa da, Gəncə klubundakı qazancı yadından çıxmayıb: “Kəpəz” o qədər də çox pul vermirdi: ayda cəmi 500 dollar və mükafatlar. Amma növbəti mövsümdə də orda qalmaqdan imtina etməyim bununla bağlı deyildi. Klub məni məişət baxımından heç bir şəraitlə təmin edə bilmirdi. Beləcə iki ayı bazada qaldım. Sonra isə Dnepropetrovska qayıtdım”.

Qeyd edək ki, A.Sidelnikov SSRİ yığması ilə gənclər arasında Avropa çempionu, “Dnepr”lə SSRİ kubokunun qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR