“Baku Fires “Puerto Riko Hurricanes” komandasını məğlub edib

“Baku Fires “Puerto Riko Hurricanes” komandasını məğlub edib
# 21 fevral 2015 19:53 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə ilk döyüş Elvin Məmişzadə (52 kq, “Baku Fires”) və Xavyer Çintron Okasio (“Puerto Riko Hurricanes”) arasında keçirilib. Bu mübarizədə rinqi Puerto Rikolu boksçu qalib tərk edib.

Növbəti döyüşlərdə Albert Səlimov (60 kq) Angel Lopesə, Pərviz Bağırov (69 kq) Flaz Niklausa, Soltan Migitinov (81 kq) Cozef Laboya, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Enrike dos Santosa qalib gəlib.

Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR