“İnter” – “Elfsborq” oyununun hakimləri müəyyənləşib

“İnter” – “Elfsborq” oyununun hakimləri müəyyənləşib
# 21 iyul 2014 11:39 (UTC +04:00)

Bakı – APA. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “İnter” (Azərbaycan) – “Elfsborq” (İsveç) qarşılaşmasının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 24-də baş tutacaq oyunu Bolqarıstandan olan ədalət təmsilçiləri idarə edəcək.

“Şəfa” stadionundakı görüşdə baş hakim Stanislav Todorov olacaq. Ona həmyerliləri İvo Kolev, Martin Venev və Nikolay Yordanov kömək edəcək. Matçın UEFA nümayəndəsi Krouford Uilson (Şimali İrlandiya), hakim-inspektoru Qudmunder İnqi Yonsson (İslandiya) olacaq.

Qeyd edək ki, “İnter” – “Elfsborq” oyunu saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR