“Neftçi” Syerra-Leone yığmasının futbolçusu Julius Vobayla müqavilənin müddətini artırıb

“Neftçi” Syerra-Leone yığmasının futbolçusu Julius Vobayla müqavilənin müddətini artırıb
# 21 iyun 2013 12:53 (UTC +04:00)

Bakı-APA. “Neftçi” müqaviləsi bitərək gedəcəyi gözlənilən Syerra-Leone yığmasının futbolçusu Julius Vobayın gələcək taleyinə tam aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək komanda 29 yaşlı yarımmüdafiəçi ilə anlaşmasını artırıb.


Belə ki, Vobay bu gün bakılılarla 2 illik müqavilə imzalayıb. O, komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, Julius ötən mövsümü keçirdiyi “Neftçi”də “qızıl dubl” edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR