“Neftçi”nin yeni baş məşqçisinin adı açıqlanıb

“Neftçi”nin yeni baş məşqçisinin adı açıqlanıb
# 04 sentyabr 2014 11:18 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, onunla 2 illik müqavilə imzalanıb.

Əsədovun köməkçisinin adına da aydınlıq gəlib. Belə ki, Elmir Xankişiyev onun yardımçısı funksiyasını yerinə yetirəcək.

“Neftçi”nin prezidenti Sadıq Sadıqov Arif Əsədovu bu gün məşqçi və futbolçu heyətinə təqdim edib. Klub prezidenti ona yeni işində uğurlar arzulayıb. Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib.

Mütəxəssis təyinatı ilə bağlı bildirib ki, ötən mövsümkü uğursuzluğu unutdurmağa çalışacaq: “İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Burda çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.

Qeyd edək ki, Böyükağa Hacıyev bir gün öncə istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR