“Qarabağ”ın “İnter”lə səfər oyununu belaruslu hakimlər briqadası idarə edəcək

“Qarabağ”ın “İnter”lə səfər oyununu belaruslu hakimlər briqadası idarə edəcək
# 29 sentyabr 2014 12:34 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”ın İtaliya “İnter”i ilə oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunun qarşılaşmasını Belarusdan olan hakimlər idarə edəcəklər.

Oktyabrın 2-də baş tutacaq qarşılaşmanın referisi Aleksey Kulbakov olacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüş Milan şəhərindəki "Cuzeppe Mearza" stadionunda keçiriləcək.

Avropa Liqası

Qrup mərhələsi

II tur

2 oktyabr

00:05. “İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN)

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Getsikov

Dördüncü hakim: Oleq Maslyanka

Əlavə hakim köməkçiləri: Sergey Sinkeviç, Denis Şerbakov (hamısı Belarus)

UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya)

Hakim-inspektor: Frank De Bleekere (Belçika)

Milan. "Cüzeppe Mearza" stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR