Bakı – APA. “Qəbələ” mövsümlərarası fasilədə transfer etdiyi Daniel Subotiçlə bağlı FİFA-dan cavab gözləyir. Bu barədə apasport.az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı isveçrəli hücumçunun son klubu olan “Volın”la problemi var və bu səbəbdən onun adını hələlik iştirak ərizəsinə sala bilmirlər.
Klub rəsmisi artıq ilk 3 turu kənardan izləyən Danielin sifariş olunmağını IV turda “Qarabağ”la bazar günü keçiriləcək matça kimi həll etməyə çalışdıqlarını vurğulayıb: “Futbolçu ilə müqaviləsini pozan Ukrayna klubu maddi şərtləri yerinə yetirəcəyini demişdi. Ancaq sonradan fikirlərini dəyişdilər və hazırda məsələ FİFA-dadır. Biz cavab gözləyirik və transfer vərəqəsi gələn kimi Subotiçi sifariş edəcəyik”.
O, matçların protokoluna düşməyən serbiyalı müdafiəçi Nikola Valentiçlə yollarını ayırmadıqlarını və qışda gələn legionerin ilin sonuna kimi komandada qalacağını söyləyib.