“Qəbələ” komandasının təntənəli qarşılanma mərasimi olub - FOTOSESSİYA - VİDEO

“Qəbələ” komandasının təntənəli qarşılanma mərasimi olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 avqust 2015 15:24 (UTC +04:00)

APA-nın məlumatına görə, “Qəbələ” futbol komandasının futbolçuları təyyarə ilə Yunanıstandan birbaşa Qəbələ şəhərinə gəliblər.

Qəbələ Beynəlxalq Hava Limanında futbolçuların təntənəli qarşılanma mərasimi olub. “Qəbələ” komandasını əllərində Azərbaycanın və klubun bayrağı olan azarkeşlər qarşılayıblar.

Yüzlərlə azarkeş müxtəlif şüarlar səsləndirərək futbolçulara hər zaman dəstək olduqlarını nümayiş etdiriblər və komandaya növbəti mərhələdə də qələbə qazanmağı arzu ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb. Baş məşqçi Roman Qriqorçukun yetirmələri Yunanıstanda tarixi uğura imza atıblar. Oyun 2:2 hesabı ilə başa çatsa da, “Qəbələ” futbol komandası Avropa Liqanın qrup mərhələsinə vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR