“Qəbələ” serbiyalı futbolçunun transferini rəsmiləşdirib

“Qəbələ” serbiyalı futbolçunun transferini rəsmiləşdirib
# 22 iyun 2015 14:08 (UTC +04:00)

Bakı – APA. 2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, şimal klubu mövsümlərarası fasilədə 9-cu transferi həyata keçirib.

“Qırmızı-qaralar” Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovdan sonra Bakı “İnter”inin müdafiəçisi Vojislav Stankoviçi də heyətə cəlb edib. 28 yaşlı serbiyalı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. “Qəbələ” onu müqavilə ilə məxsus olduğu “İnter”dən 1,5 illik müddətinə icarəyə götürüb.

Qeyd edək ki, Stankoviç 2014/15 mövsümünün ikinci yarısında “İnter”in heyətində Premyer Liqada 12 oyun keçirib, 1 qola imza atıb.


Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illər ərzində Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR