“Xəzər Lənkəran” bəyanat yayıb

“Xəzər Lənkəran” bəyanat yayıb
# 16 avqust 2013 09:05 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” baş məşqçi məsələsinə rəsmi münasibət bildirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi komandaya yeni baş məşqçinin gətirilməyəcəyi ilə bağlı bəyanat yayıb.


Klubun rəsmi saytında yer alan bəyanatda indiki çalışdırıcı Con Toşakın postunda qalacağı bildirilir: “Son günlər KİV-də “Xəzər Lənkəran” klubunun baş məşqçi postunda dəyişiklik edəcəyi ilə əlaqədar danışıqlar apardığı barədə informasiyalar dolaşır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, “Xəzər Lənkəran”ın hazırkı baş məşqçi Con Toşakla 2015-ci ilə qədər müqaviləsi var və klub rəhbərliyi sözügedən vəzifəyə təyinatla bağlı heç bir mütəxəssislə danışıqlar aparmır”.

Bəyanatda klubun baş məşqçi deyil, ona köməkçi və futbolçu gətirmək planları da əksini tapıb: “Hazırda klubumuz “transfer pəncərəsi” bağlanana qədər maksimum səy göstərib müəyyən mövqelərə uyğun futbolçu keçidlərinin həyata keçirilməsi və məşqçilər korpusuna əlavə mütəxəssislərin cəlb olunması istiqamətində ciddi işlər aparır . “Xəzər Lənkəran” tanınmış mütəxəssis Con Toşaka inanır və onunla birgə qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR