Bakı – APA. “Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün “ağ-yaşıllar”la müqavilə bağlayıb.
26 yaşlı futbolçu əvvəllər Braziliyanın A və B seriyalarında müxtəlif komandların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.
Klubla Sakkoni arasında bir illik müqavilə imzalanıb.