Məlik Həsənov: “Bu amil təqvimdə nəzərə alınacaq”

 Məlik Həsənov: “Bu amil təqvimdə nəzərə alınacaq”
# 07 mart 2013 08:42 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında final mərhələsinin təqvimi sabah təsdiqlənəcək. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov məlumat verib.

O bildirib ki, ilk “altılıq” oyunlarının günlərini dəqiqləşdirmək üçün ölkə kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin başa çatmasını gözləyirlər.

Halbuki, turun matçları ilkin olaraq 1 gündə qeyd olunub: “Oyunların günlərini dəqiqləşdirmək üçün yarımfinala hansı komandaların çıxacağını bilməliyik. Çünki aprelin 17-də və 24-də bu mərhələnin oyunları, 20-21-də isə çempionatda XXVII turun matçları olacaq. İstəyirik ki, bu sıx qrafikdə yarımfinal iştirakçıları eyni vəziyyətdə olsunlar. Ora kimin vəsiqə qazanmağını bilmək üçünsə 1/4 final mərhələsinin cavab oyunlarını gözləməliyik”.

Həsənovun sözlərinə görə, ilk və ikinci “altılığ”ın oyunlarının ayrı-ayrı günlərdə keçirilməyi nəzərdə tutulmayıb: “Bir gündə hər 2 “altılığ”ın matçlarının olmağı mümkündür. Martın 12-13-də startı veriləcək final mərhələsində matçlar qarışıq olacaq. Çempionatda həlledici oyunların daha çox canlı yayımlanmağını istəyirik. Buna görə telekanallarla danışıqlar apararaq, hansı vaxtlarda matçların yayımını təşkil etmələrinin onlar üçün münasib olduğunu müəyyənləşdiririk. Bu amili təqvimdə nəzərə alacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR