AFFA-nın baş katibi UEFA Superkubokuna təyinat alıb

AFFA-nın baş katibi UEFA Superkubokuna təyinat alıb
# 21 avqust 2013 12:48 (UTC +04:00)

Bakı – APA. AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmisi avqustun 30-da Çexiyanın paytaxtı Praqadakı “Eden” stadionunda keçiriləcək UEFA Superkubokunda iştirak edəcək.


Məmmədov bu qarşılaşmanın UEFA nümayəndəsi olacaq.

Superkubok matçında Çempionlar Liqasının son qalibi "Bavariya" (Münhen, Almaniya) və ötən mövsüm Avropa Liqasında ən yüksək nəticəyə imza atmış "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR