AFFA “Neftçi” klubunun futbolçusuna 6 oyunluq cəza verib

AFFA “Neftçi” klubunun futbolçusuna 6 oyunluq cəza verib
# 05 mart 2013 11:50 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.


“Simurq”la kubok matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev rəqibə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə almışdı. Yarımmüdafiəçi bu hərəkəti üçün 6 oyunluq cəzalanıb və klubu 5000 manat cərimə olunub.

Bu cəza kubok oyunlarına şamil ediləcək. Bu isə o deməkdir ki, Cavid təxminən 1 il kubok matçlarında iştirak etməyəcək. Çünki “Neftçi” final çıxsa, bu cəzanın 4 oyunu arxada qalacaq. Növbəti mövsüm indiki formatda keçirilsə isə İmamverdiyev 1/8 finalı və 1/4 finalın ilk matçını da buraxılmalıdır. “Bakı” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” 1000 manat ödəməli olacaq.

Çempionatın “Simurq”la qarşılaşmasında 6 futbolçusuna xəbərdarlıq edilən “Kəpəz”in və “Bakı” ilə matçda 4 futbolçusu sarı vərəqə alan “Rəvan”ın da cəzası eyni olub.

“Xəzər Lənkəran”la matçın 67-ci dəqiqəsində azarkeşləri təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “Sumqayıt”ın məşqçisi Mehman Yunusov 5 oyunluq cəzalanıb və klubunu 5000 manat ziyana salıb.

AZAL – “Qəbələ” matçında isə hər 2 komanda cəzalanıb. AZAL 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat ödəyəcək. Oyunun 83-cü dəqiqəsində “Qəbələ”nin qırmızı vərəqə qalaraq meydandan qovulan futbolçusu Vurğun Hüseynov 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib.

Görüş başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları tərəfindən stadionun paltardəyişmə otağının pəncərəsi sındırılıb. Klub dəymiş zərərə uyğun olaraq AZAL-ın təqdim edəcəyi hesab əsasında ödəmə etməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR