AFFA “Zirə”ni cəzalandırıb

AFFA “Zirə”ni cəzalandırıb
# 15 mart 2016 11:50 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunda, həmçinin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlərlə bağlı qərarlar qəbul olunub. “Zirə” hər iki turnirdə keçirdiyi matç üçün cəzalanacaq.

Çempionatın hesabat turunda 4 futbolçusu xəbərdarlıq alan “Zirə” və “Sumqayıt” 1000 manat cərimələnib. Sumqayıtlılar isə “Qarabağ”la ev matçına görə ziyana düşüblər.

Paytaxt klubu “Qəbələ” ilə səfər matçındakı vərəqələrə görə cərimələnib. Bu oyunun 85-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə oradan kənarlaşdırılıb. Bu üzdən çalışdırıcı 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

Kubok qarşılaşmalarında isə “Zirə” və “Rəvan” ziyana düşüb. Sonuncular “İnter”, qəsəbə klubu isə “Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat ödəməlidi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR