AFFA hakimi vuran futbolçuya 2 illik cəza verib

AFFA hakimi vuran futbolçuya 2 illik cəza verib
# 10 yanvar 2018 11:43 (UTC +04:00)

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, bu qərarı AFFA İntizam Komitəsi bugünkü iclasında verib.

Belə ki, ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Hadisəni araşdıran İK futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR