Avropa Liqası: “Qəbələ” və “İnter” III təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar

Avropa Liqası:  “Qəbələ” və “İnter” III təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar
# 06 avqust 2015 04:27 (UTC +04:00)

APA-nın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qəbələ” və “İnter” klubları “pley-off” mərhələsinə adlamaq üçün mübarizə aparacaq.

Qəbələ "Bakcell Arena"-da Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, qələbə və qolsuz heç-heçə “Qəbələ”ni qane edə bilər.

“İnter” isə doğma meydanında İspaniyanın “Atletik” klubunu qəbul edəcək. Bilbao şəhərində keçirilən ilk matç “Atletik”-in qələbəsi ilə nəticələnmişdi (2:0)

Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

6 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr)

İlk oyun-1:1

Bakı. "Bakcell Arena"

21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya)

İlk oyun-0:2

Bakı. "İnter Arena"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR