Avropa Liqası: “Yanq Boyz” - “Qarabağ” - 0:1 - VİDEO

Avropa Liqası: “Yanq Boyz”  - “Qarabağ” - 0:1 - <span style="color: red;">VİDEO
# 20 avqust 2015 21:54 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.

Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.

Oyunu üstün keçirən tərəf ola ağdamlılar bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.

Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.

Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da "Qarabağ" bu şanslardan istifadə edə bilməyib və matç bu hesabla da bitib.

Avropa Liqası

Pley-off mərhələsi

İlk oyunlar

“Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Almeyda, 67

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR