Avropa Liqasında I turun oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasında I turun oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 19 sentyabr 2014 06:38 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, 12 qrupda baş tutan 24 qarşılaşma ilə qitənin ikinci dərəcəli klub turniri start götürüb.

Təmsilçimiz “Qarabağ”ın da meydana çıxdığı gün qardaş ölkə Türkiyənin “Trabzonspor” klubu Ukraynanın Lvov şəhərində “Metallist”in qonağı olub. “Qara dənizlilər” son dəqiqədə 3 xal qazanmağa müvəffəq olublar – 1:2.


“Beşiktaş” isə ilk turu öz meydanında keçirib. İstanbul təmsilçisi Yunanıstanın “Asteras” klubunu sınağa çəkib. Bu görüşdə isə hərəyə bir dəfə fərqlənən tərəflər meydandan heç-heçə ilə ayrılıblar.

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Avropa Liqası
I tur
18 sentyabr

A qrupu
"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Vilyareal" (İspaniya) - 1:1
Qol: Herrmann, 21 - Uçe, 68

"Apollon" (Kipr) - "Sürix" (İsveçrə) - 3:2
Qollar: Papoulis, 9, Qullon, 40, Koç, 87 - Rikan, 50, Yapi-Yapo, 54

B qrupu
"Kopenhagen" (Danimarka) - HİK (Finlandiya) - 2:0
Qollar: Yorgensen, 68, 81

"Brügge" (Belçika) - "Torino" (İtaliya) - 0:0

C qrupu
"Partizan" (Serbiya) - "Tottenhem" (İngiltərə) - 0:0

"Beşiktaş" (Türkiyə) - "Asteras " (Yunanıstan) - 1:1
Qollar: Töre, 33 - Parra, 88

D qrupu
"Zalsburq" (Avstriya) - "Seltik" (Şotlandiya) - 2:2
Qollar: Alan, 36, Conatan Soriano, 78 – Vakaso, 14, Broun, 60

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Astra" (Rumıniya) - 5:1
Qollar: Sudani, 17; 24; 45+1, Enriki, 70, Koriç, 90+2 - Çitu, 82

E qrupu
PSV (Hollandiya) - "Eştoril" (Portuqaliya) - 1:0
Qollar: de Yonq, 26-pen

"Panatinaikos" (Yunanıstan) - "Dinamo" (Moskva, Rusiya) - 1:2
Qollar: Dinas, 63 - Kokarin, 40, İonov, 49

G qrupu
"Sevilya" (İspaniya) - "Feyenoord" (Hollandiya) - 2:0
Qollar: Kruçoviak, 8, Mbia, 31

"Standard" (Belçika) - "Riyeka" (Xorvatiya) - 2:0
Qollar: Siman, 74, Araujo, 87

H qrupu
"Lill" (Fransa) - "Krasnodar" (Rusiya) - 1:1
Qollar: Kjaer, 63 - Laborde, 35

"Everton" (İngiltərə) - "Volfsburq" (Almaniya) - 4:0
Qol: Rodriqes, 15-avtoqol, Koleman, 45+1, Baines, 47-pen, Mirallas, 89

I qrupu
"Napoli" (İtaliya) - "Sparta" (Çexiya) - 3:1
Qollar: İquain, 22-pen, Mertens, 51 - Husbauer, 14

"Yanq Boyz" (İsveçrə) - "Slovan" (Slovakiya) - 5:0
Qollar: Lejaks, 5, Steffen, 20, Nuzzolo, 63, Nikki, 80, Hoarau, 90+2

J qrupu
"Rio Ave" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:3
Qollar: Yarmolenko, 20, Belhanda, 25, Kravets, 70

"Styaua" (Rumıniya) - "Olborq" (Danimarka) - 6:0
Qollar: Sanmartean, 51, Rusesku, 58-pen; 73, Keserü, 61,; 65; 72

K qrupu
"Fiorentina" (İtaliya) - "Genqam" (Fransa) - 3:0
Qol: Varqas, 34, Kuadrado, 67, Bernardesi, 88

PAOK (Yunanıstan) - "Dinamo" (Minsk, Belarus) - 6:1
Qollar: Nikoliç, 4-avtoqol, Athanasiadis, 11; 17; 28, Papadopoulos, 50, Tzandaris, 89 - Nikoliç, 80

L qrupu
"Metallist" (Ukrayna) - "Trabzonspor" (Türkiyə) - 1:2
Qollar: Homenyuk, 61 - Konstant, 26, Papadopoulos, 90+5

"Legiya" (Polşa) - "Lokeren" (Belçika) - 1:0
Qol: Radoviç, 51

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR