Avropa Liqasında III təsnifat mərhələsi yekunlaşır

Avropa Liqasında III təsnifat mərhələsi yekunlaşır
# 08 avqust 2013 11:54 (UTC +04:00)

Bakı – APA. Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ”ın “Gefle” ilə görüşü ilə yanaşı, bu gün daha 28 qarşılaşma keçiriləcək.

Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu Rumıniyanın “Petrolul” klubu səfərdə Hollandiya təmsilçisi “Vitess”lə üz-üzə gələcək. Təmsilçimizin komandası ilk oyunda meydandan 1:1 hesablı heç-heçə ilə ayrılmışdı.

Milli komandamızın digər üzvü Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu isə doğma arenada “Randers”i sınağa çəkəcək. Kazan təmsilçisi ilk görüşdə rəqibini Danimarkada 2:1 hesabı ilə məğlub etmişdi.

Qardaş ölkə Türkiyənin turnirdə mübarizə aparan klublarından “Trabzonspor” evdə Belarus "Dinamo"su ilə, "Bursaspor" isə Serbiya təmsilçisi "Voyvodina" ilə qarşılaşacaq. Qara dəniz təmsilçisi Enrikenin yeganə qolu ilə ilk matçda rəqibini məğlub etsə də, “timsahlar meydandan 2:2 hesablı bərabərliklə ayrılmışdı.

Avropa Liqası

III təsnifat mərhələsi (cavab oyunları)

8 avqust

20:30. “Jilina” (Slovakiya - “Rieka” (Xorvatiya) -

21:00. "Astra" (Rumıniya) - “Trençin” (Slovakiya)

21:00. “Dila” (Gürcüstan) - “Hayduk” (Xorvatiya)

21:00. “Rubin” (Rusiya) - “Randers” (Danimarka)

21:15. “Metallurq” (Donetsk, Ukrayna) - “Kukesi" (Albaniya)

21:30. “Makkabi” (Hayfa, İsrail) - “Ventspils” (Latviya)

22:00. - "Milsami" (Moldova) - “Sent Etyenn” (Fransa)

22:00. “Hapoel” (Ramat-Qan, İsrail) - “Eştoril” (Portuqaliya)

22:00. “Hapoel” (T-Ə, İsrail) - Panduri” (Rumıniya)

22:00. “Kuban” (Rusiya) - “Motervell” (Şotlandiya)

22:00. “Lex” (Polşa) - “Jalgiris” (Litva)

22:30. “Bursaspor” (Türkiyə) - “Voyvodina" (Serbiya)

22:30. “Differdanj” (Lüksemburq) - “Tromse” (Norveç)

22:30. “Sürix” (İsveçrə) - “Slovan” (Çexiya)

22:30. “Tyun” (İsveçrə) - “Hakken” (İsveç)

22:45. "Malmö" (İsveç) - “Suonsi” (İngiltərə)

23:00. “Stromsqodset” (Norveç) - “Yablonets” (Çexiya)

23:00. “Trabzonspor” (Türkiyə) - “Dinamo” (Belarus)

23:00. “Vitess” (Hollandiya) - “Petrolul” (Rumıniya)

23:20. “Ştutqart” (Almaniya) - “Botev" (Bolqarıstan)

23:30. "Mladost" (Monteneqro) - . “Sevilya” (İspaniya)

23:30. “Rapid” (Avstriya) - “Asteras” (Yunanıstan)

23:30. “Srvena Zvezda” (Serbiya) - “Çernomorets” (Ukrayna)

23:30. “Standard” (Belçika) - “Ksanti” (Yunanıstan)

23:45. “Brügge” (Belçika) - “Şlensk” (Polşa)

23:45. “Sent-Conston” (Şotlandiya) - “Minsk” (Belarus)

23:45. “Udineze” (İtaliya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)

01:00. “Breydablik” (İslandiya) - “Aktobe" (Qazaxıstan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR