Azərbaycan 29-cu pillədən uzaqlaşır

Azərbaycan 29-cu pillədən uzaqlaşır
# 11 iyul 2014 06:45 (UTC +04:00)

Bakı – APA. Avrokuboklarda I təsnifat mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının ilkin təsnifat mərhələlərinin baş tutan görüşlərindən sonra UEFA-nın əmsallar cədvəli açıqlanıb.

Keçirilən qarşılaşmaların nəticələri siyahıda müəyyən dəyişikliklərə səbəb olub. İki təmsilçisi meydana çıxan Azərbaycan isə mövqeyini dəyişməyib.

Avropa Liqasındakı təmsilçilərimiz ölkəmizin hesabına daha 0,250 xal qazandırıb. Buna da “İnter” nail olub. Bakılılar Moldova “Tiraspol”unu 3:1 hesabı ilə məğlub ediblər. Bu qələbə ilə gələn 0,250 xal cari mövsümün ümumi qazancını 0,500-ə çatdırıb. Bu yarım xalı da hər iki oyunda qalib gələn “bankirlər” əldə edib.

Öz meydanında Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna 0:2 hesabı ilə uduzan “Qəbələ” isə səfərdə də uduzub – 0:3. Bununla, əyalət təmsilçisi mövsümü xalsız başa vurub.

Son 5 mövsümün yekunlarına əsasən hesablanan ümumi reytinq xalımız isə 9,375-ə yüksəlib. Amma bu artım siyahıda irəliləməyə kifayət etməyib. 30-cu olan Azərbaycan özündən öndə qərarlaşan Macarıstanı daha da uzağa buraxıb. Belə ki, iki ölkə arasında fərq 0,375-ə qalxıb.

yer

ölkə

əmsal

klub

1

İspaniya

81.499

7/ 7

2

İngiltərə

68.534

7/ 7

3

Almaniya

65.272

7/ 7

4

Portuqaliya

53.632

6/ 6

5

İtaliya

52.843

6/ 6

6

Fransa

42.833

6/ 6

7

Rusiya

41.498

6/ 6

8

Ukrayna

35.832

6/ 6

9

Hollandiya

35.562

6/ 6

10

Belçika

28.400

5/ 5

11

İsveçrə

28.275

5/ 5

12

Türkiyə

27.400

5/ 5

13

Yunanıstan

26.500

5/ 5

14

Çexiya

25.250

4/ 4

15

Avstriya

21.550

4/ 4

16

Rumıniya

21.174

4/ 4

17

İsrail

19.625

4/ 4

18

Kipr

19.000

5/ 5

19

Xorvatiya

17.000

4/ 4

20

Danimarka

16.900

5/ 5

21

Polşa

16.750

4/ 4

22

Belarus

15.250

4/ 4

23

Şotlandiya

14.400

4/ 4

24

İsveç

14.325

5/ 5

25

Norvüç

13.275

5/ 5

26

Bolqarıstan

13.125

4/ 4

27

Serbiya

11.500

4/ 4

28

Sloveniya

10.375

3/ 4

29

Macarıstan

9.750

4/ 4

30

AZƏRBAYCAN

9.375

3/ 4

31

Slovakiya

9.000

4/ 4

32

Gürcüstan

8.875

3/ 4

33

Moldova

8.625

3/ 4

34

Qazaxıstan

8.375

4/ 4

35

İslandiya

6.625

3/ 4

36

Bosniya və Hersoqovina

6.625

4/ 4

37

Finlandiya

6.500

3/ 5

38

Lixtenşteyn

5.500

1/ 1

39

Makedoniya

5.500

2/ 4

40

Monteneqro

5.500

2/ 4

41

İrlandiya

5.125

4/ 4

42

Albaniya

5.125

3/ 4

43

Lüksemburq

5.000

1/ 4

44

Şimali İrlandiya

4.375

3/ 4

45

Litva

4.375

2/ 4

46

Malta

4.208

1/ 4

47

Latviya

4.125

1/ 4

48

Estoniya

3.125

3/ 4

49

Farer adaları

3.125

2/ 4

50

Uels

2.875

1/ 4

51

Ermənistan

2.750

4

52

Andorra

0.833

1/ 3

53

San-Marino

0.499

3

54

Cəbəllütariq

0.250

2

Qeyd: klubların sayı göstərilən sütunda əvvəl mübarizəni davam etdirən, “/” işarəsindən sonra isə ümumi sayı göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR