Bakı – APA. Qadın voleybolçular arasında Avropa Liqasının yarımfinal mərhələsini idarə edəcək hakimlərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası iyunun 25-də keçiriləcək Yunanıstan - Azərbaycan qarşılaşmasını serbiyalı Nenad Davidoviçə həvalə ediblər.
Ona köməkliyi İlaria Vaqni (İtaliya) edəcək.
Bir gün sonra baş tutacaq ikinci görüşdə isə hakimlərin yeri dəyişəcək.
Qeyd edək ki, hər 2 qarşılaşma Bakıda baş tutacağından yunanlar birinci oyunda nominal ev sahibləri olacaqlar.