Azərbaycan çempionatının ən intizamsız futbolçusu müəyyənləşib

Azərbaycan çempionatının ən intizamsız futbolçusu müəyyənləşib
# 07 mart 2013 13:22 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının təsnifat mərhələsinin ən intizamsız futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Simurq”un kapitanı Rasim Ramaldanov 22 tur ərzində hamıdan çox vərəqə alıb. Onun hesabında 2 qırmızı və 9 sarı vərəqə var.

Ramaldanov təsnifat mərhələsində meydandan 2 dəfə qovulan 3 nəfərdən biridir. Belə ki, Qara Qarayevlə (“Qarabağ”) Aleksandr Çertoqanov (“Qəbələ”) da onun kimi 2 qırmızı vərəqə görüb. Lakin Rasim “qazandığı” vərəqlərin sayında onları arxada qoyub.

Məsələ ondadır ki, “Simurq”un futbolçusu 22 turun 11-də cəzalanıb. Bunların 2-də birbaşa qırmızı, 9-da isə sarı vərəqə alıb. Çertoqanov isə önündə hər 2 qırmızını sarı vərəqələri cütləşdirməklə alıb. Bundan başqa isə cəmi 2 matçda xəbərdarlıq görüb.

1 dəfə birbaşa, 1 dəfə isə 2 sarı vərəqədən sonra meydandan kənarlaşdırılan Qara isə daha 2 oyunda xəbərdarlıqla canını qurtarıb. Bunlar Rasimin digər 2 oyunçunu “qabaqladığını” göstərir.

“Rəvan”ın legioneri Samuel Barlay da vərəqə sayında liderlərdəndir. O, qırmızı vərəqə almasa da, Ramaldanov kimi 9 oyunda xəbərdarlığa layiq görülüb.

“Sumqayıt”ın 2 üzvü – Slavik Alxasozv və Pərdis Fərcad-Azad 8 sarı vərəqə alıb. Hesabında 1 qırmızı vərəqə olanlardan isə İlkin Qırtımov fərqlənib. “Simurq”lu daha 6 matçda sarı vərəqə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR